Goranboyda 22 yaşlı gənc atalığını bıçaqladı

Goranboyda 22 yaşlı gənc atalığını bıçaqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda gənc atalığına bıçaqla xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə Aşağı Ağcakənd qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Hikmət Kərimov yaşadığı evin qarşısında atalığı Məqsəd Əliyevə mübahisə zəminində iki bıçaq zərbəsi vurub.

Boyun nayihəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Hikmət Kərimov saxlanılıb. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. H.Kərimovun psixoloji problemləri olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

 

DiasporPress.az