Azərbaycanlı hüquqşünas Türkiyədə vəkil kimi fəaliyyətə başlayıb.
Diasporpress.az xəbər verir ki, həmin şəxs hüquqşünas Lalə Həsənovadır.
L.Həsənova Türkiyədəki Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin İdarə Heyətinin sədridir.
Akdeniz Universitetinin Hüquq fakültəsinin konfrans salonunda keçirilən tədbirdə onunla birlikdə 80 vəkil and içərək vəzifələrinə başlayıblar.
Azərbaycanlı hüquqşünasa Antalya Vəkillər Kollegiyasının İdarə Heyəti tərəfindən vəkillik lisenziyası təqdim edilib.
Qeyd edək ki, Lalə Həsənova Qərb Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu, Akdeniz Üniversiteti Hüquq Fakültəsinin məzunu, həmçinin bu universitetin Beynəlxalq Hüquq bölümü üzrə magistr məzunu və Ankara Yıldırım Beyazıt Universitetinin Hüquq Fakültəsinin Dövlət Hüququ üzrə doktorantıdır.
O, Azərbaycan, Almaniya, Polşa və Rusiya kimi ölkələrdə “Avropa insan hüquqlarının müdafiəsi sistemi”, “Avropa hüququ” ve digər sahələr üzrə ixtisasartırma təlimləri keçib.