Haqqımızda

“DiasporPress.Az – Diaspor İnformasiya Mərkəzi” Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin mətbu orqanıdır.

Saytımız diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi, bu sahə ilə bağlı fəaliyyətinin operativ və müntəzəm işıqlandırılmasını təmin edir.

“DiasporPress.Az – Diaspor İnformasiya Mərkəzi” Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin Azərbaycan Respubilkasının Prezidenti Dünya azərbaycanlılarının lideri Cənab İlham Əliyevin doğum günü və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə reallaşdırdığı media layihədir. DiasporPress.Az  Azərbaycanın ilk ixtisaslaşdırılmış diaspor xəbər saytı olan Diaspor.Az saytının davamı kimi yenilənmiş və təkmilləşdirilmiş farmatda olaraq fəaliyyətini davam etdirir.

DiasporPress.Az vasitəsilə Azərbaycan diasporu ilə yanaşı ictimai, siyasi, sosial, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır. Bununla yanaşı, DiasporPress.Az ixtisaslaşdırılmış İnternet Qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. DiasporPress.Az Ölkəmizdən kənarda Azərbaycan naminə fəaliyyət göstərən heç bir diaspor təşkilatlarına qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.


“DiasporPress.Az – Diaspor İnformasiya Mərkəzi” müxtəlif ölkələrin media qurumları ilə çoxşaxəli əməkdaşlıq edir.

  • Azərbaycan mediasında diaspor jurnalistikasının inkişaf etdirilməsi, diaspordan yazan tədqiqatçı jurnalistlərin formalaşmasına dəstəyin verilməsi;
  • Xaricdə yaşayan azərbaycanlı diaspordan yazan jurnalistlər, yazarlarla bağlı ideoloji-maarifləndirici işin gücləndirilməsi;
  • Xarici yazarlar və media nümayəndələri ilə təbliğati və stimullaşdırıcı işin gücləndirilməsi;
  • Diasporun gücləndirilməsinə həsr edilmiş intellektual fəaliyyətin, yazıların, müsahibə və məqalələrin yeni media müstəvisində lazımi səviyyədə təqdimatına diqqətin gücləndirilməsi;
  • Əcnəbi jurnalistlərlə birgə layihələrin həyata keçirilməsi, müntəzəm informasiya və təcrübə mübadiləsi edilməsi;

 

    Əlaqə:

  • Mob: +994 50 212 50 11
  • Ofis: +994 12 530 16 27
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki