Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə qardaş Türkiyədən dəvət olunmuş məşhur alqoloq Prof. Dr. Ercan Gürses və ölkəmizin tanınmış ürək-damar cərrahı, fleboloq Dr. Tengiz Cəlilovun rəhbərliyi ilə bir qrup həkim heyəti avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan Neftçala sakini 2009-cu il təvəllüdlü Aqil Nəcəfovun müayinə və müalicəsinə cəlb olunublar.
Diasporpress.az xəbər verir ki, millət vəkili həkim heyəti ilə birgə yeniyetmənin hazırkı vəziyyəti ilə tanış olub, onun səhhətində yüksək irəlləyiş olduğunu, yeniyetməni daim nəzarətdə saxlayacağını bildirib.
Aqil Nəcəfovun valideyinləri və doğmaları göstərdiyi diqqət, qayğıya və məktəblinin səhhəti ilə bağlı həssaslığa görə T.Rüstəmxanlıya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli Aqil Nəcəfov 1 ay komada qalıb və hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam edir./İnterpress.az