“Culture Network House” İB Bakı, Neftçala və Salyanda təlimlər həyata keçirdi – FOTOLAR

“Culture Network House” İB Bakı, Neftçala və Salyanda təlimlər həyata keçirdi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Culture Network House” İctimai Birliyi tərəfindən “Rənglərin harmoniyası-rəsm yolu ilə psixoterapiya” layihəsi ilə bağlı Bakı şəhəri də (6 təlim) daxil olmaqla Neftçala və Salyan rayonlarında ümumilikdə 10 təlim həyata keçirilib.

Layihədə “Culture Network House” İctimai Birliyinin sədri Aynur Süleymanzadə və layihənin işçi qrupu, şəhid ailə üzvləri, aztəminatlı ailələrin nümayəndələri, gənclər, məktəblilər iştirak edib.

Layihə zamanı bölgələrdə 2 qrupla terapiya təlimi keçirilib. Birinci qrupda şəhid ailələri və aztəminatlı ailələrin üzvləri, ikinci qrupda isə şəhid övladları və yeniyetmələr iştirak edib. İştirakçılara layihə rəhbəri və işçi qrup üzvləri tərəfindən layihənin məqsədi, art terapiyanın prinsipləri, rənglərin insan psixikasına təsiri, emosiyaların idarə edilməsinə təsiri və s. barədə geniş məlumat verilib.
Cultural Network House” İB-nin «Rənglərin Harmoniyası» adlı layihəsinin əsas məqsədi, sosial–psixoloji vəziyyəti gərgin olan şəhid ailələri, müharibə veteranları, az təminatlı ailələrdən olan ana və uşaqlarda art terapiya metodu vasitəsilə emosional vəziyyətin yaxşılaşdırılmasına və sabitləşdirilməsinə, stresin azaldılmasına, özgüvənin artırılmasına dəstək olmaqdır.

“Rənglərin Harmoniyası” Izoterapiya yolu ilə layihənin xidməti uşaqlar və onların analarına təlimlər şəklində nəzərdə tutulur.
İzoterapiya- sənət terapiyasının ən populyar sahələrindən biridir. Onun mahiyyəti təsviri sənətdən pedaqoji və psixoterapevtik məqsədlər üçün istifadə etməkdir. Adətən rəsm şəklində həyata keçirilir.
Layihə iştirakçılarının mənəvi-ruhi, psixoloji-emosional hallarında müsbət dəyişikliklər və irəliləyişlər proqnozlaşdırılır. Belə ki, təlimlərdə nəzəri biliklər öyrədilən iştitakçılara öyrəndiklərini real praktiki təcrübədən keçirmə şansı yaradılır. Bu, onların davranış, iş bacarıqlarına müsbət təsir göstərir. Art terapiyalar vasitəsilə xidmət, iştirakçılarda stresin azalması, özgüvənin yüksəldilməsi, sosial adaptasiya,bacarıqlarının formalaşdırılmasını və s. nəticələri özündə birləşdirir.
Təlim zamanı qum terapiyası, daha sonra musiqi və rəsm terapiyası tətbiq olunub.