Quba-Xaçmaz Regional Təhsil İdarəsinin maliyyə sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.
Diasporpress.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Aqil Ağayev təyin olunub.
O, bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə sektorunda baş məsləhətçi vəzifəsində çalışıb.