Ölkə

Tənzilə Rüstəmxanlı TİMBİR rəsmiləri ilə görüşüb – FOTO

Tənzilə Rüstəmxanlı TİMBİR rəsmiləri ilə görüşüb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Türkiyə Evinin (ATEV) və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ölkəmizdə səfərdə olan Türk İnternet Media Birliyinin sədri Süleyman Basa, sədr müavini, Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Dəmir və qardaş Türkiyədən gələn nümayəndə heyəti ilə görüşüb.

İnterpress.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, iki qardaş ölkənin QHT-ləri arasında mədəni və sosial əlaqələrin daha da genişləndirilməsi üçün bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və bir sıra məsələlər müzakirə olunub.

ATEV sədri görüş zamanı Süleyman Basanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 mart 2023-cü ildə imzaladığı “6906” nömrəli təsis sənədi ilə Türk İnternet Media Birliyinin (TİMBİR) yaradılması münasibəti ilə təbrik edib.

O bildirib ki, Azərbaycan ilə qardaş Türkiyə arasında dövlətlərarası mədəniyyətin yüksəlişi fonunda xidmətlər göstərmək damarlarında türk qanı axan hər bir şəxs üçün qürurvericidir. Tənzilə Rüstəmxanlı söyləyib ki, Azərbaycan Türkiyə Evinin və əsas fəaliyyət istiqaməti bütün sahələrdə olduğu kimi qardaş Türkiyənin vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində birgə fəaliyyətdən ibarətdir.

Türk İnternet Media Birliyinin sədri Süleyman Basa isə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib, müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması məsələlərinə toxunub, həmçinin perspektivdə dayanan planlara diqqət çəkib.

Görüş zamanı Türk dövlətlərinin Vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.