Ölkə

Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyəti “Bonega” turizm şirkətini ziyarət edib – FOTO

Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyəti “Bonega” turizm şirkətini ziyarət edib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin Şanlıurfa şəhərinə səfəri davam edir.

İnterpress.az xəbər verir ki, səfər çəçivəsində nümayəndə heyəti “Bonega” turizm şirkətini ziyarət edib.

Şirkətin rəhbəri Abdurrahman Acar ilə Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin söhbət zamanı gələcəkdə “Bonega” turizm şirkətinin Azərbaycan-Türkiyə Evi ilə birlikdə Şanlıurfanın turizm potensialının daha da artırılması məqsədi ilə birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunub.

Eyni zamanda görüşdə turizm şirkəti ilə gələcəkdə Azərbaycanda da əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonra turizm şirkətinin bələdçilərinin müşayiəti ilə nümayəndə heyətinin şəhər gəzintisi təşkil olunub.

Onlar şəhərin gəzməli və görməli yerlərini ziyarət edib, tarixi və yerli memarlıq nümunələri ilə tanış olublar.

Qeyd edək ki, “Bonega” Şanlıurfanın ən böyük və nüfuzlu turizm şirkətidir.