Diaspor

Tbilisidə “Aktual Məktəb” Jurnalistika kursunun məzuniyyət tədbiri keçirilib – FOTO/VİDEO

Tbilisidə “Aktual Məktəb” Jurnalistika kursunun məzuniyyət tədbiri keçirilib – FOTO/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

20 dekabr tarixində paytaxt Tbilisidə Gürcüstan Parlamentinin Milli Kitabxanasında QHT “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual Məktəb” “Jurnalistika Kursu III məzunlarına sertfikat təqdim etmə mərasimi baş tutub.

Diasporpress.az xəbər verir ki, anşlaqla baş tutan tədbirdə Gürcüstan Parlamentinin deputatları Qoqi Meveşliani, Tariyel Nakaidze, Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, Türkiyə səfirinin katibi Ali İhsan Akbaş, İctimai Yayımçının Rəngarəng Gürcüstan Departamentinin rəhbəri Ramilə Əliyeva, Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin İcraçı direktoru Murad Muradov, Alyans Gənclər Mərkəzinin təsisçiləri Leyla Əmrəhova və Rəna Hüseynova, AZƏRTAC-ın Gürcüstan müxbiri Xətai Əzizov, QHT rəhbərləri, Marneuli və Qardabani Bələdiyyə Məclisinin üzvləri, ictimaiyyət nümayəndələri, ziyalılar, jurnalistlər və gənclər iştirak edib.

Tədbirdə ev sahibliyində çıxış edən “Aktual Media”nın qurucusu və Baş direktoru İlkin Hüseynov günün anlam ve önəmindən danışıb, eləcə də Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması münasibətilə təbrik edib. O, “Aktual Məktəb” Jurnalistika kursu III məzun olan gəncləri təbrik edib və uğurlar arzulayıb:

“Bu gün ‘Aktual Məktəb’dən 18 gəncimiz məzun oldu. Məqsədmiz azərbaycanlılar arasında gənc jurnalistlərin və fəalların yetişdirilməsidir və hesab edirəm ki, buna da nail olmuşuq, fəqət daha çox çalışmalıyıq bu sahədə. 2024-cü ildə bu istiqamətdə daha fərqli işlərimiz olacaqdır, bizim məqsədimiz icmamıza xidmətlə yanaşı, perspektivli və peşəkar gənclər yetişdirməkdir. Mən bütün məzunlarımızı təbrik edirəm və onlara böyük uğur arzulayıram. Onların məzun olması ilə bizim işimiz yekunlaşmır, indən belə biz onların işlə təmin olunmaları istiqamətində çalışacağıq”.

Media rəhbəri bildirib ki, bu il “Aktual Media”nın nəzində fəaliyyət göstərən Aktual.ge Xəbər Portalının fəaliyyətə başlamasının 3 ili tamam oldu.

“Aktual.ge xəbər portalı artıq 3 yaşındadır və biz 3 ildir ki, gecə gündüz dayanmadan cəmiyyətimizə xidmət edirik. Qeyd edim ki, 2023-cü il ərzində Aktual.ge dünyanın ən nəhəng axtarış sistemi olan ‘Google’da ən çox axtarılanlar arasında 5-ci yerdədir. Və bu da bizim uğurlarımızdan biridir” , – deyən İlkin Hüseynov müvafiq layihəni dəstəklədiyi üçün Azərbaycan Dövlət Diaspora Komitəsinə və Türkiyə Texnologiya Komandası – T3 Vəqfinə məzunlara hədiyyə göndərdiyi üçün təşəkkür edib.

Daha sonra çıxış edən Parlamentin majoritar deputatı Qoqi Meşveliani “Aktual Məktəb”in məzunlarını təbrik edib və onlara uğurlar arzulayıb: “Belə bir media məktəbin bölgəmizdə fəaliyyəti üçün ‘Aktual Media’ya təşəkkür edirəm və uğurlar arzulayıram. Mən gənclərə indən belə ki, kariyeralarında uğurlar diləyirəm. İnanıram ki, onlar gələcəyin jurnalistlərin və fəalları olacaqdırlar. Fürsətdən də istifadə edib ölkəmizin Avropa İttifaqına namizəd statusu alması münasibətilə təbrik edirəm”.

Çıxış edən millət vəkili Tariyel Nakaidze deyib: “Əziz gənclər bu yürüdüyünüz ilk və son olmayan uğurlu yolda sizə böyük naliyyətlər arzulayıram və Aktual Məktəbə təşəkkür edirəm belə bir gözəl günü və belə parlaq gəncləri ölkəmiz üçün yetişdirib”.

Azərbaycan səfirinin müşaviri Eldar Bayramov və Türkiyə Səfirliyinin nümayəndəsi Ali İhsan Akbaş da da gənclərə uğurlar arzulayıb və media məktəbinə öz təşəkkürlərini bildirib ki, azərbaycanlılar arasında gənc fəallar yetişdirdiyinə görə. O cümlədən diplomatlar Gürcüstanı Aİ-yə namizəd statusu alması münasibətilə təbrik ediblər.

Kursun təlimçilərindən biri olan jurnalist Ramilə Əliyeva da mövcud media məktəbinin ikinci hissəsinin rəhbərlik etdiyi layihə çərçivəsində İctimai Yayımçının studialarında davam etdiyi xatırladıb və gənclərə uğurlar arzulayıb. O, üstəlik kursu fərqlənmə ilə baş vuran gənclərə Birinci Kanalada 3 aylıq təcrübə proqramı təklif edib.

Burada çıxış edən “Aktual Media”nın Baş produseri və “Aktual Məktəb”in koordinatoru Natella Əlləzova kurs barədə geniş məlumat verib və 3 aylıq jurnalistika kursları çərçivəsində görülən işlər barədə prezentasiya təqdim edib. Aktual.ge Xəbər Portalının redaktoru Salo Salahlı isə platformanın fəaliyyətindən söz açıb və qeyd edib ki, 2024-cü ildən yeni layihələrə start veriləcəkdir.

Kursunun sonunda gənclər üçün “Baykar” şirkətinin İcraçı direktoru Səlçuq Bayraqdarın təsisçisi olduğu Türkiyə Texnologiya Komandası – T3 Vəqfi tərəfindən “Aktual Məktəb”in məzunlarına göndərilən “Teknofest” pencəkləri hədiyyə olunub. O cümlədən, “Otaci” şirkəti və “Adik Klinikası”, eyni zamanda İnkişaf və Təhsil Mərkəzinin hədiyyələri təqdim olunub. Bununla belə tədbirdə dəstək göstərən Melodi Şirniyyat Evinə və Buta Şirniyyat evinə təşəkkür edilib.