“Bundan əvvəl də bir çox nüfuzlu festivallarda mükafat qazanmağımıza baxmayaraq, hər növbəti festival məni sevindirir və həyəcanlandırır”.
İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi bu il 7-12 noyabr aralığında Almaniyanın Kottbus şəhərində təşkil olunacaq 33-cü Beynəlxalq Film Festivalında iştirak edəcək.
Filmin əsas qəhrəmanlarından biri – gənc və istedadlı aktrsia Natavan Abbaslı təəssüratlarını Yenicag.az-la bölüşüb:
“Bundan əvvəl də bir çox nüfuzlu festivallarda iştirak edib, mükafat qazanmağımıza baxmayaraq, hər növbəti festival məni sevindirir və həyəcanlandırır.
Gənc aktrisa olaraq, debüt işimin ölkə xaricində təşkil olunan nüfuzlu festivallarda uğurlu nümayişi ilə fəxr edirəm.
İnanıram ki, “Mərmər soyuğu” Kottbus Film festivalının əsas müsabiqə bölməsindəki iştirakı və qazanacağı uğurları ilə Azərbaycan kinosuna öz töhfəsini verməyə davam edəcək”.