Leykoz xəstəliyi və əlamətləri -AÇIQLAMA

Leykoz xəstəliyi və əlamətləri -AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leykoz xəstəliyi qan xərçəngidir. Son illərdə leykozdan əziyyət çəkən insanların sayı artıb. Bəs leykoz xəstəliyinin yaranma səbəbləri nələrdir?

 

Mövzu ilə bağlı həkim-hematoloq Mireldar Babayev “informator.az”a açıqlamasında bildirib ki, leykoz qan yaradıcı orqan olan sümük iliyinin xərçəngidir:

 

“Xərçəng hüceyrələri elə sümük iliyinin özündən yaranan hüceyrələrdir. Bu hüceyrələr orqanizmdə gedən mutasiya dəyişikliyindən sonra xərçəng üçün xarakterik olan xüsusiyyətləri alırlar. Bu hüceyrələr limitsiz olaraq artırlar. Bioloji ölümləri olmadığı üçün bütün sümük iliyini əhatə edirlər. Sümük iliyinin tutulması nəticəsində normal qan yaradan hüceyrələr sıradan çıxır. Orqanizmdə eritrositlər-qırmızı qan kürəcikləri, trombositlər-qanı laxtalandıran əsas hüceyrələr və leykositlər-xəstəliklə mübarizə aparan orqanizmin ən böyük müdafiə hüceyrələrin azalması müvafiq simtompların üzə çıxmasına səbəb olur. Qırmızı qan kürəciklərinin azalması xəstədə qan azlığının yaranmasına, trombositlərin dəyanması qan laxtalanmasının pozulmasına və xəstənin bədənində hematomaların (el arasında deyilən göy ləkələrin) yaranmasına, leykosit hüceyrələrinin pozulması isə orqanizmdə xəstəliklərə qarşı müqavimətin itməsi və müxtəlif infeksionların üzə çıxmasına səbəb olur”.

 

Hematoloq qeyd edib ki, leykoz xəstəliyi irsi xəstəlik deyil, ancaq xəstəliyin yaranmasında genetik faktorların rolu var:

 

“Bir valideyndə leykoz xəstəliyi varsa, övladında həmin xəstəliyin olması mütləq deyil. Xəstəlik sonradan yaranan bir xəstəlikdir. Ancaq xəstəliyin yaranmasında genetik faktorun rolu var. Genetik aparatın dayanıqlı olmaması və xarici daxili faktorların təsirinə məruz qalması nəticəsində mutasiyaya məruz qalması bu xəstəliyin yaranmasına səbəb ola bilər. Xəstəliyi yaradan səbəblər xarici amillərdir.Belə xarici amillərə radiasiya, virus və ya infeksiyalar aiddir”.