Ölkə

“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihə başa çatdı

“Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar” adlı layihə başa çatdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin həyata keçirdiyi Neftçala rayonunda ailə başçısı həssas qadınlarının məşğulluğunun təmin edilməsi ilə bağlı “Qadın gülərsə, qadın qurarsa, qadın bacararsa cəmiyyət çiçək açar: adlı layihə başa çatdı. Layihə Neftçala rayonunda peşə təhsili müəssisələrində təhsil alan qadınların həssas ailələrin biznes sahəsində təlimlərin və biznes ideyalarının təhlil olunması, köməklik göstərilməsi məqsədi ilə həyata keçirildi. 17 – 20 oktyabr 2023-cü il tarixlərində layihə çərçivəsində Neftçala Peşə Məktəbində təhsil alan gənc qızlar ilə ilkin görüş və biznes təlimi keçirildi. Görüşdə ilkin çıxışda qonaqları və iştirakçıları Liseyin direktoru Tarıyel Yaqubov salamladı. Sonra “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin layihə təşkilatçıları layihə haqqında geniş məlumat verdi. Həmçinin, iştirakçılara layihənin əsas məqsədini vurğulayaraq, qadınların ali və ya peşə təhsilinə cəlb etməklə öz bizneslərini qurmağa və özlərini inkişaf proqramlarına necə həsr edilməsindən danışdı. Sonra isə 20 oktyabr 2023-cü il tarixində Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi Rafət Şirəliyev layihə iştirakçılarına “Biznes nədir?” Sahibkarlıq və onun formalaşdırılması, sahibkarlıq ideyalarının təhlili, Özünəməşğulluq və imkanlar, Sahibkarlıq fəaliyyətinin planlaşdırılması, Sahibkarlıq ideyasının qurulması və planlaşdırılması üzrə qrup işi təlimini keçirdi. Təlimdə ilkin olaraq biznes ideyalar, biznesin əsasları haqqında məlumat verdi. 3 ay müddətində keçirilən layihədə Neftçala Peşə Məktəbində təhsil alan 30 nəfərdən çox gənc qızlar, qadınlar və həssas qruplardan olan qadınlar iştirak etdilər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edildi. Tədbir iştirakçıları bir daha fəallıqlarını göstərdilər və layihə təşkilatçılarına öz minnətdarlıqlarını bildirərək belə görüşlərin və təlimlərin daima keçirilməsini təklif etdilər.