Hacire Akar ananın HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirərək oğlunu terrorun pəncəsindən xilas etməsinin ardından eyni aqibəti yaşayan ailələrin başlatdığı aksiya davam edir.
Diasporpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə səfəri zamanı HDP Diyarbəkır təşkilatının binası qarşısında övladları üçün etiraz aksiyası keçirən ailələri ziyarət edərək onlara öz dəstəyini bildiriblər.
ATEV sədri HDP Diyarbəkir təşkilatının binası qarşısında etiraz aksiyası keçirərək qətiyyətli mübarizə aparan analarla görüşüb.
Azərbaycan analarının və vətəndaş cəmiyyəti təmsilçilərinin ziyarəti ürəyi övlad həsrəti ilə yanan və onların yolunu gözləyən analarda ruh yüksəkliyi yaradıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər zaman dəstəyini dilə gətirdiyi Diyarbəkirli analar Prezident Ərdoğanın xanımı Əminə Ərdoğan və xarici səfirlərlə yanaşı siyasətçilər, sənətçilər, jurnalistlər, yazıçılar, idmançılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ruhanilər, şəhid ailələri, qazilər, sahibkarlar, müəllimlər və s. olmaqla hər təbəqədən minlərlə insan tərəfindən dəstəklənirlər.