Ölkə

Neftçalada “Zəfər Günü” geniş coşqu ilə qeyd olunub – FOTO

Neftçalada “Zəfər Günü” geniş coşqu ilə qeyd olunub – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin üçüncü ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.

Diasporpress.az xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhları ehtiramla yad olunub, şəhidlərimizin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib və “Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirilib.

Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirdə çıxış edənlər sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun Vətən müharibəsindəki qələbəsindən, Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıblar.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində, 19-20 sentyabr tarixlərində 23 saat davam edən lokal antiterror tədbirləri zamanı mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı “Zəfər Günü” bayramı münasibətilə bütün neftçalalıları və qonaqları təbrik edib.

Neftçala rayon sakinləri və qonaqları üçün 8 Noyabr Zəfər bayramına həsr olunan Respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə musiqili konsert proqramı təqdim olunub və konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.