Diaspor

“Gürcüstan Forumu”nun iştirakçıları Ulu Öndərin Tbilisidəki abidəsini ziyarət edib – FOTOLAR

“Gürcüstan Forumu”nun iştirakçıları Ulu Öndərin Tbilisidəki abidəsini ziyarət edib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu”nun iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ucaldılan Azərbaycanın Ümummilli Liderinin abidəsini ziyarət edib.

İnterpress.az xəbər verir ki, iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və gül dəstələri düzüblər.

Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad olunub.

Ziyarətdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı Səfirliyinin əməkdaşı Ramel Lətifov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev və KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Qarabağ qazisi-jurnalist Nahid Canbaxışlı iştirak ediblər.

Qeyd edək ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Gürcüstan Forumu” keçirilib. Forum Azərbaycanın Gürcüstandakı Səfirliyinin rəsmi tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun dəstəyilə baş tutub.