12 noyabr tarixində mərkəzimizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100” adlı konsert keçirildi.
Diasporpress.az xəbər verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və GAİM-in təşkilatçılığı ilə baş tutdu.
İlk öncə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vusal Məmmədov və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin İcraçı Direktoru Murad Muradov qonaqları salamladıqdan sonra, Ulu Öndər Heydər Əliyev və onun bizim üçün nə qədər əziz və dəyərli olduğunu qeyd edərək konserti açıq elan etdilər.
Konsertdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistləri Ayşən Mehdiyeva və Fəxri Kazım Nicat, gənc tarzən Ramin Pirmamedov, aşıq Nargilə, Şaban Mamedov, Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet teatrnın solisti İamze Cağeli, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin rəqs ansamblı və Marneuli şəhər Mədəniyyət Evinin “Enguri” rəqs ansamblı çıxış etdilər.