Almaniyada çempion iki tur qalmış müəyyənləşdi

Almaniyada çempion iki tur qalmış müəyyənləşdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında XXXII tura start verilib.

DiasporPress.az xəbər verir ki, tur “Bayern”in çempionluğunu rəsmiləşdirməsi ilə əlamətdar olub.

Bremendə “Verder”ə qalib gələn “Bayern” ardıcıl 8-ci, ümumilikdə isə yubiley – 30-cu dəfə qızıl medallara sahib çıxıb.

Səfərdəki qələbə Münhen təmsilçisinə ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı ilə xal fərqini 10-a çatdırmaq imkanı verib.

Bununla da “Bayern”in son iki görüşü formal xarakter daşıyacaq.

 

DiasporPRESS.az