Vüqar Səfərli jurnalistin evini əlindən alıb
01 May, 22:46   |    Baxış sayı: 563

Vüqar Səfərli jurnalistin evini əlindən alıb

Bu barədə jurnalist Samir Feyruzov sosial şəbəkələrdəki şəxsi hesabında məlumat paylaşıb.

Həmin paylaşımı olduğu kimi təqdim edirik:


Diqqət! Diqqət!

Məlumatın dəqiqliyinə qətiyyən şübhə etməyin!

Fotodakı şəxs Vəliyev Fariz Əhməd oğludur. O, jurnalistlər üçün tikilmiş birinci binadan 2013-cü ildə "Mövqe" qəzetindən 3 otaqlı mənzil alıb. 2017-c il mart ayının 4-də F.Vəliyev onkoloji xəstəlikdən rəhmətə gedib. Allah rəhmət eləsin! Amma məsələ bunda deyil, gəlirik əsas məsələyə...

Apardığım araşdırmalar nəticəsində əldə etdiyim dəqiq məlumata görə (faktları sənədlərlə sübut edəcəm), F.Vəliyevə verilən mənzil əlindən geri alınıb. Vüqar Səfərli tərəfindən! Çünki KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli onunla öncədən belə bir razılıq əldə edib: "Mənzili sənin adına alırıq, amma mənimdir, çıxarış alandan sonra "bağışlanma" yolu ilə geri qaytaracaqsan". Belə də olur. Mənzil başqa bir adamın adına keçirilir. Yəni, mənzil sonda V.Səfərlinin olur.

Bəs F.Vəliyevin əlindən mənzil necə və hansı şəraitdə alınıb? Deməli, 2017-ci ilin əvvəllərində F.Vəliyevin xəstəliyi daha da şiddətlənir, yatağa düşür. Məsələdən xəbərdar olan V.Səfərli ölüm ayağında olan adamdan mənzili geri alır. 2013-cü ildə F.Vəliyevə verilmiş mənzil hazırda V.Səfərlinindir.

Ağır onkoloji xəstə olan Fariz Vəliyevə bu "saziş"in nəticəsi olaraq vəd olunanlar tam olaraq yerinə yetirilmir. Özünə qapanan adam olduğu üçün heç kimə heç nə danışa bilmir. Dövlət tərəfindən verilən mənzilin heç bir əsas olmadan əlindən alınmasını istəmir. Nəticədə F.Vəliyev öz yaşadığı evdə onkoloji xəstəlikdən dünyasını dəyişir. Allah rəhmət eləsin!

Bəs mənzil kimin adına keçirilib? Bu haqda məndə dəqiq ad var, amma həmin şəxsin evi "bağışlanma" yolu ilə əldə etdiyi mənzilin sənədləşmə, hüquqi ünvan və pasport məsələsi ilə bağlı tam araşdırma apardıqdan sonra yenidən məlumat verəcəm.

Məsələni daha dərindən araşdıracam. F.Vəliyevin əlindən alınan ev dərhal ailəsinə qaytarılmalıdır.

Vüqar Səfərli jurnalistin evini əlindən alıb