Ölkə

Rusiyada Koronavirus diaqnozu qoyulan azərbaycanlı ailədə COVİD-19 aşkarlanmadı

Rusiyada Koronavirus diaqnozu qoyulan azərbaycanlı ailədə COVİD-19 aşkarlanmadıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada koronovirus diqnozu qoyulan Abdullayevlər ailəsində COVİD-19 aşkarlanmayıb. Bu barədə Diasporpress.az-a ailə başçısı məlumat verib.

Qeyd edək ki, dünən, aprel ayının 16-sında Azərbaycan vətəndaşı, 1954-cü il təvəllüdlü Nuridə Abdullayeva koronovirus diaqnozu ilə Lyubertsi şəhərindəki infeksiya xəstəxanasına aparılıb. Əlavə müayinələr göstərib ki, xəstədə COVİD-19 yoxdur. Hazırda, N.Abdullayeva ikitərəfli ağ çiyər iltihabı ilə müalicə olunur.

“Bəli, bizdə koronavirusun simptomları hiss olunurdu. Ancaq götürülən əlavə analizlər COVİD-19-un olmadığını göstərdi”, – deyə Əjdər Abdullayev bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasında qəbul olunmuş qaydalara əsasən ailənin özünütəcrid rejimi davam edir.

DiasporPress.az