Ölkə

Moldovada Azərbaycan milli mətbəxinin təqdimatı keçirilib

Moldovada Azərbaycan milli mətbəxinin ləziz təamlarından olan milli şirniyyatımız paxlavanın tərənnümü və təbliği məqsədilə “Happy Nation” adlı tədbir keçirilib.

Moldovada Azərbaycan milli mətbəxinin təqdimatı keçirilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada Azərbaycan milli mətbəxinin ləziz təamlarından olan milli şirniyyatımız paxlavanın tərənnümü və təbliği məqsədilə “Happy Nation” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin bu ölkədəki səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldovada nümayəndəliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirdə səfirliyin müşaviri Leyla Orucova iştirakçılara paxlavanın hazırlanma və bişirilmə qaydasını nümayiş etdirib.

Tədbirə Moldovada akkreditə olunmuş korpusun nümayəndələri, eləcə də yerli qurumların təmsilçiləri qatılıblar.

Qeyd edək ki, tədbirin keçirilməsi ideyası dekabrın 8-də Moldovada hər il təşkil olunan xeyriyyə bazarı (İnternational Charity bazaar) zamanı yaranıb. Belə ki, həmin tədbirdə səfirlik tərəfindən milli mətbəximizin çoxsaylı təamları ilə yanaşı, paxlavanın da nümayiş olunması iştirakçıların xüsusi marağına səbəb olub. Bundan sonra yerli və xarici iştirakçılar paxlavanın təbliği üçün ayrıca tədbirin keçirilməsini xahişi ediblər. Çoxsaylı müraciətlər, eləcə də Azərbaycanın milli mətbəxinin Moldovada təbliği üçün gözəl fürsət yarandığı nəzərə alınaraq, səfirlik və Multikulturalizm Mərkəzi tərəfindən belə bir tədbirin təşkili məqsədəuyğun hesab edilib.

DiasporPress.az