Dünya

Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılar

Yolun kənarında dərəyə atılmış yük maşınından 10 nəfərin yanmış meyiti tapılıb. Hadisə Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində qeydə alınıb.

Konsertdən qayıdan musiqiçiləri yandırıb, yük maşınına yığdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yolun kənarında dərəyə atılmış yük maşınından 10 nəfərin yanmış meyiti tapılıb. Hadisə Meksikanın cənub-qərbindəki Çilapa de Alvarez bölgəsində qeydə alınıb.

TASS-ın məlumatına görə, bu barədə “Televisia” region prokurorluğuna istinadən xəbər yayıb.

Bildirilir ki, qurbanlar yerli “Sensation” musiqi qrupunun heyəti olub.

Hadisə ilə əlaqədar istintaqa başlanılıb. İlkin məlumatlara görə, musiqiçilər Tlayelpan kəndindən konsertdən qayıdırmışlar.

Qətlin motivləri hələlik bəlli deyil.