Gürcüstanın bütün ərazisində karantin elan olundu
30 Mart, 17:33   |    Baxış sayı: 1230

Gürcüstanın bütün ərazisində karantin elan olundu

Gürcüstan hökuməti ölkənin bütün ərazisində karantin elan olunması barədə qərar qəbul edib.

DiasporPress.az xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria brifinqdə bildirib.

Onun sözlərinə görə, hökumət fövqəladə vəziyyətlə bağlı tədbirləri daha da gücləndirməyə qərar verib: "Sabah saat 08:00-dan etibarən bütün ölkə ərazisində karantin elan olunur”.

Qeyd edək ki, bu günə qədər yalnız Marneuli və Bolnisidə ciddi karantin rejimi tətbiq olunub. İki rayonda xüsusi rejim martın 23-dən qüvvədədir.