GAİM aztəminatlı ailələrə yardımı davam etdirir - FOTO
04 May, 23:35   |    Baxış sayı: 493

GAİM aztəminatlı ailələrə yardımı davam etdirir - FOTO

Koronavirus pandemiyası dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaradılan Azərbaycan evləri və ayrı-ayrı diaspor təşkilatları aztəminatlı və həssas əhali qruplarına dəstək göstərməkdə, humanitar aksiyalar həyata keçirməkdə davam edirlər.

DiasporPress.az-ın məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə sosial təcrid şəraitində yaşayan aztəminatlı və çoxuşaqlı ailələrə, ahıl insanlara dəfələrlə yardım edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bu dəfə Telavi rayonunun Qaracalar kəndində yaşayan 100 azərbaycanlı ailəsinə ərzaq bağlamaları paylayıb. 

GAİM rəhbərliyi Telavi rayonunun meri Şota Nareklişviliyə məktub ünvanlayaraq humanitar aksiya barədə məlumat verib. Ərzaq dəstəyi kənd  məscidi vasitəsilə həyata keçirilib.

 

Məscidin rəhbəri Veysəl Orucov Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) təşəkkürünü bildirib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.

 

DiasporPress.az