Daha bir güləşçimiz Avropa çempionu oldu
13 Fevral, 10:22   |    Baxış sayı: 693

Daha bir güləşçimiz Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Diasporpress.az xəbər verir ki, üçüncü yarış günündə daha üç yunan-Roma güləşçimiz fəxri kürsüyə yüksəlməyi bacarıb.

Murad Bazarov (60 kq) və Ülvi Qənizadə (72 kq) bürünc medal qazanıbsa, Rafiq Hüseynov hamıdan güclü olub.

82 kq çəki dərəcəsində yarışan pəhləvanımızın sonuncu rəqibi bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı idmançının qələbəsi ilə yekunlaşıb - 2:1.

Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Qeyd edək ki, ötən gün 77 kq çəkidə mübarizə aparan Sənan Süleymanov da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdi.

 

Diasporpress.az