Dünya

AŞPA bütün iclaslarını təxirə saldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və qurumun komitələrinin bütün iclasları martın sonuna qədər təxirə salınıb.

AŞPA bütün iclaslarını təxirə saldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və qurumun komitələrinin bütün iclasları martın sonuna qədər təxirə salınıb.

DiasporPress.az-ın xəbərinə görə, bu barədə AŞPA-nın yaydığı məlumatda bildirilib.

İclasların təxirə salınmasının səbəbi koronavirus (COVID-19) epidemiyası ilə əlaqədardır.

AŞPA-nın Hüquqi məsələlər (Paris, 10 mart), Sosial məsələlər (Paris, 12 mart), Mədəniyyət (Paris, 16 mart), Miqrasiya (Paris, 19 mart), Bərabərlik (Paris, 20 mart) və Monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları ertələnib.

Bildirilir ki, AŞPA-nın aprelin 20-24-də keçirilməsi nəzərdə tutulan iclasının hansı tarixə keçiriləcəyinə dair də qərar qəbul ediləcək.

 

DiasporPress.az