Camal Yanğın:Əsl dost, nümunəvi iş adamı və ya Türkiyə-Azərbaycan qardaşlığ münasibətlərinin həqiqi “məhmətciyi “

Camal Yanğın:Əsl dost, nümunəvi iş adamı və ya Türkiyə-Azərbaycan qardaşlığ münasibətlərinin həqiqi “məhmətciyi “backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elşad M.Turan
——————————————

Bu gün ölkə iqtisadiyyatının inkişafında və qeyri- neft sektoru istiqamətində atılan umudverən addımlar,milli və dövlətçilik maraqları konteksindən gələcəyə yönələn prespektivlərin düz və iti bucaqların iqtisadi baxış prizmasından,daha müsbət tendensiyalarla müşayət edildiyi apaydın görünəndir.

Bu tip müsbət amillər,dövlət sektoru ilə paralel, özəl sektora daha çox və daha geniş imkanların yaradılmasının nəticəsi kimi, özünü səciyyələndirən keyfiyyətlərdəndir.

Bu da ölkədə kiçik,orta və iri sahibkarlığla məşğul olan iş adamlarını daha böyük biznes uğurları qazanmağa,respublikada iqtisadiyyatın inkişaf etdirilməsinə,kənar iqtisadi təsirlərdən daha az aslılığa, ölkə insanının daxili tələbatını ödəyəcək məhsulların istehsalı nəticəsində,istehlakın yüksələn xətt üzrə dinamik qənaət baxşlığına gətirib çıxaran tendensiyalardan hesab ediləndir.

Bu üzdən də hazırki günümüzdə sahibkarlığa və sahibkarlara yaradılan münbit şərait,dünya standartlarına uyğun,keyfiyyətli, əsl Azərbaycan brendi adı altında dünya bazarına ixrac ediləcək məhsulların sayının və keyfiyyətinin günbəgün artması, respublikada əsl iş adamlarının yetişməsi, biznes strukturlarının forma və məzmun xarakteri alması, artığ özünün əsl ənənəsini yaratmışdır.

Həmçinin bunu da demək yerinə düşəndir ki, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, ölkəmizə maraq daha da artmış, bu amil yerlərdə biznes mühitinin inkişafını daha da canlandırmış və bu illər ərzində onlarla xarici kompaniyalar, korparasiylar, iş adamları respublikamızda öz fəaliyyətlərini qurmuş, bu işiin sürətləndirilib, genişləndirilməsinə səylərini daha da artırıblar.

Bu tendensiya artıq illərdir böyük iqtisadi, biznes sıçrayışları ilə müşahidə olunmaqda və yüksələn xətt üzrə müsbət dinamik templə inkişaf etməkdədir.

Nəzərə alsaq ki. dünyanın ən nəhəng Bi-Pi, Penzoil, AMOKO, Şevron kimi neft şirkətləri, digər iri həcmili korporasiyaları ölkəmizlə iqtisadi əməkdaşklq edir, iqtisadiyyatımızın inkişafına, biznes mühitinin bundan sonra da canlanmasına, ayaqda qalmasına təkan verirlər,- bu olduqca sevindirici hal, gələcək inkişafımız üçün ümidveren amillərdən hesab edilənidir.

Ölkəmizlə iqtisadi, biznes əməkdaşlığına qoşulan,buna həvəslə imza atan xarici kompaniyalarla yanaşı, qardaş Türkiyədən olan iş adamlarının da bu işdə fəallığı, Azərbaycanda böyük iş qurmaq təcrübəsi artıq illərdir göz önündədir.

Türkiyədən olan iş adamları nəinki ölkəmizdə iri investisiyalar qoyub iqtisadi sahədə əməkdaşlıq edir, həmçinin bu işlə paralel öz qardaşlıq dəstəklərini də bizdən əsirgəmir, qlobal və regional siyasətdə Türkiyə-Azərbaycan dostluq münasibətlərinin daha da möhkəm, monolit birlik konteksində inkişafına təkan verir, ölkəmizin beynəlxalq aləmdə pozulan hüquqlarının bərpası istiqamətində də bütün maraqlarını ortaya qoyur, Azərbaycanın yüksək tribunlarda yanında can bir, qəlb bir qardaşlarının olduğunu əyani göstərir, bunun əbədi olaraq davam edəciyi məqsədini bütün dünyaya göstərməyi özlərinə borc bilirlər.

Bu yazımızda illərdir Azərbaycanda yaşayıb, iş quran,Azərbaycanın dərdini öz dərdi, sevincini öz sevinci bilən, Azərbaycana Ata Yurdu deyən, Böyük Adam, Böyük İnsan, Əsl Dost, Nümunəvi, İşgüzar İş Adamı, Türkiyə-Azərbaycan Qardaşlığ və Dostluq bağlarının daha da möhkəmlənməsu uğrunda can qoyan, ruhunu bu qardaşlığa həsr edən, təvəzökar, sadə, səmimi, imanlı, gülərüz, təbəssümündən sanki günəşin doğduğu, saf, təmiz, dəmir iradəli, polad ürək sahibi, yıxılanı əl verib ayağa qaldıran, ayaqda olana çiyin verib, onu həyata yaşamağa, qurub, yaratmağa ruhlandıran Allah Adamı, inanclı, Əsl Müsəlman, Əsl Həcc Yolçusu, Əfəndi, Can Dostumuz, Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri, “Istanbul Çarşı Import & Export Ltd” şirkətinin rəhbəri Camal Bəy Yanğın haqqında bir neçə xoş söz söyləməyi Haqdan Gələn Sayırlğ(!)

Doğurdan da artlq otuz ilə yazın bir müddətdir ki, bu Böyük Adam, dayanmadan, yorulmadan çalışaraq, öz səy və bacarıqlarını əsirgəməyib, iki qardaş ölkənin həqiqi maraqları istiqamətində, Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi işində,”bir millət,iki dövlət”prinsiplərinin müddəalarına demək olar bütün həyatını həsr edərək, özünün vətəndaşlığ, insanlığ, qardaşlığ borcunu bu həlli vacib məsələnin daha da dərinləşməsinə yönləndirmişdir.

Bu gün də, bu maraq, bu ideya, həmin şövq və həvəslə yüksək səviyyədə davam etməkdə, məqsədə doğru getməkdədir.

Bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra sənaye müəssisələrinin istehsal etdikləri məhsulların keyfiyyəti, ixracat təşəbbüsləri, bir çox dövlətlərin yerli müəssisələrin istehsal etdiyi məhsullara maraq göstərməsi və bunun müqabilində də sözü gedən biznes və kommersiya təşkilatları ilə müşətərək, birgə sahibkarlığ layihələrinin həyata keçrilməsinə addım atmaları, bütün deyilənlər üçün işığ salan doğrulardandır.

Bu vətənpərvər, milli maraqların fədakar insanı, iki dost ölkənin həm regionda, həm də dünyada qardaşlığının, qarşılığlı əlaqələrinin, münasibətlərinin inkişafının yorulmaz təbliğatçısı, cəfakeşi, ideya daşıyıcılarından öndə gedəni, bu missiyanın ağırlığını illərdir çiyinlərində gəzdirən fədaisidir.(!)

Camal bəy, – Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin inkişafında əvəzssiz xidmətləri göstərsə də, bu Böyük Adam ilk növbədə həm də bacarıqlı, nümunəvi iş adamı kimi də tanınır.

Beləki, Azərbaycanla qardaşlıq münasibətlərinin təməl daşını, 1994- cü ildə Bakıda qurduğu “Istanbul Çarşı Import & Export Ltd” şirkəti ilə atmışdır.
Şirkət tikinti avadanlıqları sahəsində tanınmış dünya markalarının
distributоr olaraq, bu markaların Azərbaycan və Gürcüstanda nümayəndəsi və beynəlxalq ticarəti ilə məşğuldur.
Şirkət həmçinin alüminium fasad və pəncərə sistemləri, pvc qapı pəncərə sistemləri hazırlayır.
Şirkət müştərilərinə satış sonrası texniki xidmət göstərməkdədir.
Istanbul Çarşı Import & Export Ltd eyni zamanda, şirkət daxilindəki inşaat qrupu ilə tikinti işləri aparır.
Türkiyədə və dünyanın digər ölkələrində texniki təhsil almış işçiləri ilə bazarda öz yerini tutmuş şirkət Azərbaycan bazarında daimiolduğunu bu günə qədər gördüyü işləri ilə sübut etmişdir.
Camal bəyin rəhbərlik etdiyi şirkət həm də iri layihələrdə tikinti işləri aparır.
Proyekt və işçilərlə əlaqədar layihə hazırlayaraq interyerlə birlikdə tam təhvil verir.
Şirkətin Gürcüstanda “Geo construction Ltd”, Əlcəzairdə “Sarl Istanbul pvc&alımınyum ltd” və “Sarl blue lıne ltd” adlı yeni fialları açılmışdır.

Camal bəy və onun komandası artıq illərdir Azərbaycanın iqtisadi inkişafı siyasətində yaxından iştirak edir, ölkənin iqtisadi-siyasi maraqları konteksində iş adamı olaraq davamlı töhfələrini verməkdə, bu işin bundan sonra da artan dinamika ilə uğur gətirəcəyinə inam hiss yaradır.

Çünki bu mübariz və yorulmaz İnsanın Həyat Amalı, ancaq uğura imza atacaq addımları atmaq, xeyirxah münasibətlər üçün işgüzar mühiti formalaşdırmaq, doğru- düzgün əlaqələrin məzmun səciyyəsi alması üçün daha faydalı ideyaları düşünüb gerçəyə çevirməsidir(!)

Bütün bu keyfiyyətlər doğurdan da, haqqında danışdığımız insanda özünün reallığlarını təcəssüm etditməkdədir.

Belə olmasaydı, Camal Yanğın kimi təcrübəli peşəkar öz işinin bilicisi, qurucu, işgüzar insan, bu gün Azərbaycan-Türkiyə İş Adamları Birliyi kimi bir çox iri firma, korporasiya və şirkərləri özündə birləşdirən təşkilata rəhbərliyi ona həvalə etməzdilər.(!)

Əlbəttə,bu böyük etimad, Camal Yanğının işinin peşəkarı olması, işgüzar mühütün ab-havasını müəyyənləşdirməyi bacarması, biznes və kommersiya strukturları arasında gözəl əlaqələr qurmasından irəli gələn amillərdəndir.

Doğurdan da, Camal bəy artıq neçə müddətdir, ATİB-də birləşən yerli və türkiyəli iş adamları arasında çox möhtəşəm biznes əlaqələrini qura bilmiş, bu da iki qardaş və dost ölkələrin daha da bir- birinə yaxınlaşması, qarşılğlı etimadın inam üzərində qurulması, regional, həmçinin qlobal siyasi-iqtisadi arenada iki adı gedən ölkənin tondem təşkil edməsi üçün gözəl, sabit şəraətin yaranması işində işə yarayan olduğuna, münasibətlərin müsbət, faydalı iş əmsalı ilə ölçülməsinə gətirib çıxarmış, bu işə böyük təkan verə bilmişdir.

Bu üzdən də, Camal bəy iş adamı olaraq öz sahəsinin incəliklərinə daha dərindən bələd olduğu ilə paralel, məhz ATİB kimi bir mötəbər təşkilatı, onun bütün idarəçilik işlərini də ona tapşırmaq, doğurdan da düzgün strategiyanın nəticəsidir.

Çünki bu təşkilatda birləşən üzv biznes,, kommersiya strukturları arasında ən mükəmməl əlaqələndirici, idarə etmə işinin peşəkarı, məhz Camal Yanğın kimi iqtisadi-siyasi dünyagörüşü zəngin insan ola bilər.

Bu vacib əhəmiyyətli, iki qardaş, dost ölkənin həm regional, həm də qlobal maraqlarına tam cavab verən sahəni bu sadiq, təcrübəli. inanılmış, sınanılmış şəxsə həvalə etçək olduqca doğru seçimdir.(!)

İnsan doğurdan da,bir sahəni seçərkən,seçdiyi sahənin müsbət inkişaf tendensiyası ilə irəliyə aparmaq üçün, ilk növbədə güclü iradəsi,səbr və bütün çətinliklərə dayanmaq istəyi,onun əsas stimul verici mənbəyi olmalıdır .
Bütün deyilən bu keyfiyyətlər Camal Yanğın kimi təcrübəli,peşəkar iş adamının zəngin daxili aləmində özünü ehtiva edən portiret cizgilərdən apaydın görünən tərəflərindəndir.

Camal Yanğın kimi iş adamı, doğru-dürsüt insan, özündə bu güc və iradəni gördüyü üçün, məhz bu ağır və məsuliyyətli sahənin təməl daşını qoymağa müvəffəq ola bilmişdir.

Bu gün də həmin iş, iki ölkə arasında körpü rolunu oynayan, iki qardaşı bütün tərəfləri və maraqları ilə bir- birinə qırılmaz tellərlə bağlayan ideya özünü doğrultmaqda, qarşıya çıxan bütün maneləri birgə aşmaqda yardımçı missiyasını özündə əks etdirən monolit vəzifənin atributlarından hesab edilənidir.

Camal Yanğın da illərdir iki qardaş ölkələrin daha da yaxınlaşması, iqtisadi-siyasi, tarixi- mədəni köklərin daha dərin forma və məzmun səciyyəsi alması üçün, dövlətlərarası münasibətlərdə ən kiçik şrtix və detalların yalnız ümumi maraqların xeyrinə gündəmdə qalması istiqamətində bütün səy, bacarığını əsirgəməməyi qarşısına məqsəd olaraq qoyan insanlarımzdan, Əsl Sınanılmış Dostlarımızdandır .

O, doğurdan doğruya Azərbaycanın Dostu, havasını udub, suyunu içdiyi, çörəyini yeyib, ona Əsl Övladlıq borcunu canla- başla Qarşılığ verdiyi Əziz Adamlarımızdandır.

Bu etimad və güvəni Camal bəy özünün sədaqəti, sevgisi, insanlığı ilə Qazanmışdır.

Azərbaycan xalqı da bu Mübarək, Əziz, Əfəndi Adamı hər zaman Tanıyır, Sevir, Xatirini Əziz Tutur.

Çünki o, hər zaman Azərbaycanın, onun Xalqının Yanında olmuş və bu gün də Camal bəy bu missiyanı böyük şövq və sevgiylə davam etdirir.

Bu gün Azərbaycanın inkişafı istiqaqmətində bütün atılan addımlarda əlbəttəki, Camal bəyin özünəməxsus rolu, yeri və xidmətləri şəksizdir.

Biz də Forpost.az saytı olaraq, bundan sonrakı bütün işlərində Camal Bəyə və onun kollektivinə, ATİB komandasına Türkiyə-Azərbaycan qardaşlığının daha da inkişafı yolunda, milli və dövlətçilik maraqlarımızın qorunması və təəssübü istiqamətində daha böyük naliyyəyətlər, biznes uğurları arzulayırıq(!)

Yolun daim açığ olsun, Böyük ,Əfəndi Adam,-Camal Yanğın(!)