Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Şimali Kipr Türk Cümhuriyyətində Qarabağla bağlı tədbir edəcək.
Diasporpress.az xəbər verir ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qarabağda milli-mədəni irs” layihəsi çrçivəsində reallaşacaq. Bu barədə saytımıza ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov məlumat verib:
“Biz ASGA olaraq son 5 ildə 10 beynəlxalq layihə reallaşdırmışıq. Təşkilatımızın fəaliyyət profilinə uyğun olaraq layihərimizi slavyan və türkdilli ölkələrdə reallaşdırırq. Budəfəki layihəmiz isə xüsusi əhəmiyyətə malikdir.
Biz ilk dəfə Qarabağın milli-mədəni irsini Şimali Kipr Türk Cümhuriyyətində tanıdacağıq. Göstərdikləri dəstəkdən dolayı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirik”