Böyük Britaniyada qoruyucu tibbi geyim çatışmazlığına görə zibil paketi geyinən tibb bacıları koronavirusa yoluxublar.
“Daily Telegraph” xəbər verir ki, xəstəxana müdiriyyəti üç tibb bacısında aşkarlanan bu vəziyyətlə bağlı açıqlama verib:
“İşçilərimizdə COVID-19 testinin müsbət çıxdığını təsdiqləyirik. Bu şanssızlıq, eyni zamanda, gözlənilən bir hadisədir. Dünyada başqa səhiyyə işçilərində də belə hallara rast gəlinir.
Xəstəliyə tutulan işçilərimizlə yaxından maraqlanır, tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirik”.
DiasporPress.az