Masallıda bələdiyyə seçkilərində iştirak etmək istəyən qadınlar təlimatlandırılıb – FOTO

Masallıda bələdiyyə seçkilərində iştirak etmək istəyən qadınlar təlimatlandırılıb – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.

5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.

Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;

-region qadınlarının maarifləndirməsi və məlumatlanması- qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),

– seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının çoxalması ilə qərar qəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.

Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.

Bunun üçün aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur;

1. Qadınlar arasında sorğu anketləri vasitəsilə 2024 cü il bələdiyyə seçkilərində namizəd olamaq istəyən qadınların müəyyən edilməsi

2. Qadınlar arasında liderlik bacarıqlarının inkişafına dəstək verilməsi

3. Namizəd qadınların hazırlanması

4. KİV nümayəndələri və yerli QHT-lərlə görüşlər

5. Yerli hakimiyyət orqanları ilə görüşlər

6. Seçki dairə və məntəqələrində görüşlər.

İyulun 25-də Masallı rayonunda keçirilən tədbirdə bələdiyyə seçkilərində iştirak etmək istəyən 18 nəfər qadın iştirak edib.

Layihənin məqsədi haqda izahat verildikdən sonra, iştirakçılar tərəfindən çıxışlar olub.

İştirakçılarla bağlı təqdimat-video çəkilişin davamı həyata keçiriilib. (İştirakçılara 4 sual üzrə 4-5 dəqiqəlik video çəkiliş həyata keçirilib).

Suallar:

Sual 1- Mən kiməm?

Sual 2 –Mənim təsəvvürümdə bələdiyyə.

Sual 3 – Bələdiyyənin statusu və maliyyə mənbələri haqda məlumatım .

Sual 4 – Seçiləcəyim təqdirdə bələdiyyədə edəcəyim dəyişikliklər

Daha sonra “qadınlar arasında liderlik bacarıqlarının inkişafı (danışıqlar aparmaq və münaqişələri həll etmək bacarıqları)”, “qadınlar arasında liderlik bacarıqlarının inkişafı (ictimai problemlərin həlli, tolerantlıq, könüllülərlə iş və s.)”, “ictimai əlaqələrin təşkili (PR) KİV-lə əlqə qurmaq, ictimai çıxışlar”, “liderlik üsulları- səmərəli komanda, pozitiv liderlik, komanda lideri” mövzuları haqda çıxışlar və müzakirələr olub.

Nahar fasiləsindən sonra kiçik qruplarda iş və təqdimat keçirilib. Bələdiyyə üzvü Nazilə Hüseynova iştirakçılara bələdiyyə haqda geniş məlumat verib və iştirakçıları maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, layihə çərçivəsində qeyd olunan rayonlarda ümumilikdə 12 tədbir həyata keçiriləcək. Tədbirlərdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadının iştirakı nəzərdə tutulur.