Masallıda qadınlarn bələdiyyə seçkilərində iştirakına dəstək layihəsi həyata keçirilib – FOTO

Masallıda qadınlarn bələdiyyə seçkilərində iştirakına dəstək layihəsi həyata keçirilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihə həyata keçirir.

5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçiriləcək layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.

Layihəni 2 istiqamətdə həyata keçirmək nəzərdə tutulur;

-region qadınlarının maarifləndirmə və məlumatlanması- qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),

-seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının çoxalması ilə qərar qəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.

Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər.

Bunun üçün aşağıdakı işlərin həyata keçirilməsi nəzərdə tutulur;

1. Qadınlar arasında sorğu anketləri vasitəsilə 2024 cü il bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınların müəyyən edilməsi

2. Qadınlar arasında liderlik bacarıqlarının inkişafına dəstək verilməsi

3. Namizəd qadınların hazırlanması

4. KİV nümayəndələri və yerli QHT-lərlə görüşlər

5. Yerli hakimiyyət orqanları ilə görüşlər

6. Seçki dairə və məntəqələrində görüşlər.

Layihə çərçivəsində iyulun 24-də Masallı rayonunda keçirilən tədbirdə bələdiyyə seçkilərində iştirak etmək istəyən 17 nəfər qadın iştirak edib.

Layihənin məqsəd haqda izahat verildikdən sonra, layihə rəhbəri Novella Cəfərovanın iştirakçılara arzuları çatdırılıb.

Əvvəlcə, anket sorguların nəticələri müzakirə olunub. İştirakçılara verilmiş 4 sual üzrə 4-5 dəqiqəlik video çəkiliş həyata keçirilib.

Suallar:

Sual 1- Mən kiməm?

Sual 2 –Mənim təsəvvürümdə bələdiyyə.

Sual 3 – Bələdiyyənin statusu və maliyyə mənbələri haqda məlumatım .

Sual 4 – Seçiləcəyim təqdirdə bələdiyyədə edəcəyim dəyişikliklər.

Daha sonra qadınlar arasında liderlik bacarıqlarının inkişafı (Özünü təqdimetmə bacarığı), qadınlar arasında liderlik bacarıqlarının inkişafı (müsbət əlaqə yaratmaq və fəal dinləmək vərdişləri) mövzularında məlumatlar verilib və müzakirələr keçirilib.

Layihə çərçivəsində qeyd olunan rayonlarda 12 tədbir keçiriləcək. Tədbirlərdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadının iştirakı nəzərdə tutulur.