Ukrayna Prezidenti Vladimir Zelenski karantin qaydalarının pozulmasında şübhəli bilinir. Bu səbəbdən onun barəsində yoxlamalara başlanılacaq.
Bu barədə RT xəbər yayıb.
“Səlahiyyətli polis orqanları bu məsələyə baxacaq. Bilirsiniz ki, karantin normalarını pozduğuna görə cərimə 17 min qrivnadır (1 067 AZN)”, – deyə Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko bildirib.
Cavab olaraq Zelenski qaydaları pozduğu sübuta yetirilərsə, cəriməni ödəyəcəyini deyib.
Qeyd edək ki, dünən Ukrayna prezidenti özünün “Instagram” hesabında foto paylaşaraq, Xmelnitskdə kafedə qəhvə içdiyini yazıb. Halbuki, koronavirus pandemiyası ilə əlaqədar iaşə obyektlərinin yalnız yay meydançalarının işinə icazə verilir, yerdə qalan qəhvəxanalar isə iyunun 5-də açılacaq.