Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”

Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstan Türkiyə tərəfinin davranışını “olduqca aqressiv” hesab edir və təxribatlarla əlaqədar münaqişənin hərbi həlli üçün hazırdır.

Bu barədə Yunanıstanın Milli Müdafiə naziri Nikos Panayotopulos yerli “Star” telekanalına danışıb:

“Türkiyənin davranışı son vaxtlar olduqca aqressivdir. İnanıram ki, Yunanıstan üçün aqressiyaya meyilli olan bu cür davranışın öhdəsindən gəlməyin yeganə yolu bir tərəfdən bütün diplomatik silahlardan istifadə, digər tərəfdən isə hərbi ehtiyatlanmanın artmasını təmin etməkdir”.

Jurnalistlər Yunanıstanın münaqişənin hərbi yolla həllinə hazır olub-olmadığını soruşduqda, Panayotopulos “Elədir ki, var!” cavabını verib.

Nazir Yunanıstanın bunu istəmədiyini, lakin suveren hüquqlarının qorunması üçün mümkün qədər əlindən gələni edəcəyini vurğulayıb.

Bundan əvvəl, Türkiyənin hökumət qəzetində Yunanıstan adalarına yaxın bir ərazidə türk dövlət şirkəti tərəfindən karbohidrogen tədqiqatına və istehsalına lisenziya üçün müraciətlər dərc edilmişdi. Bazar ertəsi Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Türkiyənin Yunanıstanın suveren hüquqlarını əlindən almağa çalışdığını deyib və ölkəsinin qitə şelfində neft və qaz kəşfiyyatı üçün lisenziyanın verilməsini təxribat adlandırıb.

İyunun 3-də Yunanıstanın Baş naziri Kiriakos Miçotakis “türk təxribatları” ilə əlaqədar Avropa İttifaqı rəhbərliyinə məktub göndərib. Yunanıstan hökuməti Türkiyənin ehtimal olunan eskalasiyasının Yunan-Türk böhranına deyil, Avropa-Türkiyə böhranına səbəb olacağını bildirib.

 

DiasporPress.az