“Dövlətin əhalinin kasıb təbəqəsi üçün göndərdiyi yardımların çoxu məmurların yaxınları arasında bölüşdürülür”.
“BakuPost” xəbər verir ki, bu iddia ilə Yardımlı rayon sakinləri çıxış edib. Onların sözlərinə görə, yardımların yalnız cüzi hissəsi ehtiyacı olan şəxslərə çatdırılır:
“İcra Hakimiyyətinin başçısı və onun birinci müavini Azər Xamıyevin nəzarəti ilə yardımlar mənimsənilir. Yardımlar kəndlərdə ərazi nümayəndələrinin yaxın adamlarına verilir. Burada əsas meyar nə qədər ehtiyacın olması deyil, ərazi nümayəndəsinə, rayona rəhbərlik edən şəxslərə nə qədər yaxın olmaqdır. Kasıblar, həqiqətən ehtiyacı olan şəxslər isə birmənalı olaraq uzaq tutulur. Bu yardım kampaniyasında biz ən iyrənc əməllərə şahidlik etdik. Bəzən məcbur olub kasıblara da yardım göndərirlər. Amma necə? Qutu açırlar, içindəkiləri götürürlər, az miqdarda nəsə saxlayıb göndərirlər. Bunlar o qədər acgöz, utanmaz və Allahsızdırlar ki, kasıbın qutusundan da oğurluq edirlər”.
Yardımlı sakinlərinin saytımıza göndərdiyi video müraciətlərdə də vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək mümkündür.
DiasporPress.az