Yaponiyada 700 kiloqram kokain ələ keçirilib.
Bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Agentlik yazır ki, bu günə qədər Yaponiyanın tarixində bu miqdarda narkotik maddə ələ keçirilməyib.
Yaponiya gömrükçüləri güman edir ki, narkotik maddə qaçaqmalçılığını beynəlxalq cinayətkar qruplaşmalardan biri həyata keçirməyə çalışıb.
Narkotik maddələr gəmidəki konteynerdə, banan qutularının arasında gizlədilib.
Gömrükçülər istisna etmir ki, narkotik maddə Yokohamaya səhvən gəlib. Belə ki, cinayətkar qruplaşma onu daha əvvəl əldə etməyə çalışsa da, cinayət əməllərini həyata keçirmək üçün əlverişli şərait tapa bilməyiblər.
DiasporPress.az