Yaponiya hərbçiləri ölkənin ərazi suları yaxınlığında naməlum sualtı qayıq müəyyən ediblər.
Bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Patrul təyyarələri və Yaponiya donanmasına məxsus gəmi şübhəli obyekti hələ iyunun 18-də aşkar edib. Sualtı qayıq Qərb istiqamətində hərəkət edib.
Hadisə ilə əlaqədar Yaponiyanın Müdafiə naziri Taro Kono sayıq olmağı və sualtı qayıq barədə məlumat toplamağı əmr edib.
DiasporPress.az