Yaponiya hökuməti ABŞ-ın “Aegis Ashore” raket əleyhinə müdafiə sisteminin ölkədə yerləşdirilməsinə icazə verməyib.
Bu barədə Yaponiyanın “Jiji Press” informasiya agentliyi məlumat yayıb.
Raket əleyhinə müdafiə sistemlərinin yerləşdirmə planının dayandırılmasını Yaponiyanın Müdafiə naziri Taro Kono açıqlayıb.
T.Kono hesab edir ki, raket əleyhinə müdafiə sistemləri hərbi poliqondan kənarda yerləşən ərazilərdə qəza risklərini yüksəldir.
Qeyd edək ki, Yaponiya hökuməti 2017-ci il dekabrın 19-da ölkə ərazisində iki yerüstü “Aegis Ashore” raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması barədə qərar qəbul edib.
Bu sistemlərin ölkənin şimal-qərbindəki Akita və cənub-qərbindəki Yamaquçi prefekturalarında yerləşdirilməsi planlaşdırılırdı.
DiasporPress.az