Ölkə

Xüsusi karantin rejimini pozan müxbir saxlanıldı – RƏSMİ

Xüsusi karantin rejimini pozan müxbir saxlanıldı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq, ötən gün Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən, o, polis əməkdaşının qanuni tələblərinə tabe olmayıb və buna görə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Aparılan araşdırmalarla onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması müəyyən edilib.

İ.Vəzirov barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilərək, 25 gün müddətində inzibati həbs edilib.

 

DiasporPress.az