Davam edən silahlı hərbi əməliyyatlarda uşaq əsgərlərdən yararlanan, həmçinin, uşaq bağçaları və məktəb binalarından hərbi məqsədlər üçün istifadə edən, bununla da beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistana dair məlumatlar BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının sənədlərində öz əksini tapıb.
Diasporpress.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünün “Twitter” hesabından bilidirib.
O, şərhinə adı çəkilən qurumların sənədlərini də əlavə edib.
Diasporpress.az