Ölkə

Xeyir-şər evində qumar oynayanlar tutuldu

Xeyir-şər evində qumar oynayanlar tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən, ümumi istifadədə olan xeyir-şər evində altı nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb, onlar 100 manat məbləğində cərimə ediliblər.

 

DiasporPress.az