Xətai rayonunun bir hissəsində su olmayacaq.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib:
“Yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqadar bu gün Xətai rayonunun bir hissəsində – Xocalı prospekti, M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələrində içməli suyun verilişi dayandırılacaq”.
DiasporPress.az