Qətərin “Əl-Sadd” klubunun baş məşqçisi Xavi Ernandez İspaniyanın “Barselona” klubunun baş məşqçisi olmaq istəyir.
Sport.es saytına müsahibə verən X.Ernandez Kataloniya klubuna rəhbərlik etməyin ən böyük arzusu olduğunu bildirib:
“Doğma klubuma qayıdıb, uğurlarımı davam etdirmək istəyirəm. Mən və rəhbəri olduğum məşqçilər heyəti buna hazırlaşırıq”.
Sabiq yarımmüdafiəçi əlavə edib ki, “Barselona”ya prezident seçkilərindən sonra qayıtmaq daha ideal variant olardı:
“Yanvar ayında rəhbərlik mənə müraciət etdi, amma nə vəziyyət, nə də vaxt uyğun gəldi. Ümid edirəm ki, “Barselona”dan yenə zəng edəcəklər”.
DiasporPress.az