Bir neçə gün öncə Xalq artisti Röya Ayxanın paylaşdığı foto sosial şəbəkələrdə müzakirələrə yol açıb.
DiasporPress.az xəbər verir ki, kiçik buruqlu saçlarla kamera önünə keçən sənətçi özünü Afrika qəbilələrindən olan xanımlara bənzədib.
R.Ayxanın stili üzərində çalışan peşəkar stilist və vizajistlər Ruxa və Zahid Baydarovun yaratdıqları imic Xalq artistini sosial mediada dilə-dişə salıb.
Röyanın yeni imici Xalq artisti Aygün Kazımovanın 18 il öncə fotosessiyaların birində yaratdığı obrazı xatırladıb.
Bununla yanaşı, karantin rejimindən əvvəl “Bu zamandan sonra” klipində müğənni Günay İbrahimli böyük həcmli, xırda sarı rəngli saç düzümü ilə kamera önünə keçib. Sənətçinin bu obrazı diqqətdən qaçmayıb.
Beləcə, Röya Ayxanın adı növbəti dəfə imic qalmaqalında hallanıb. İzləyicilər sənətçini digər iki ulduzu təkrar etməkdə qınayıblar.
Qeyd edək ki, bundan əvvəl Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev qarşı tərəfi (Natavan Həbibi – red.) ideya oğurluğunda günahlandıraraq, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb.