“Mən bir kişi ilə yaşaya bilmərəm”.
DiasporPress.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “ATV Maqazin 10larla” proqramında deyib.
Sənətçi şəxsi həyatı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.
““Soruşdular ki, yenidən ərə gedərsən? Cavab verdim ki, getmərəm. Oğlum Hüseynin 10 yaşı var. Bundan sonra bir kişi ilə evdə oturub , o desin, mən edim və ya əksinə, mən deyim, o etsin… Bu kimi şeylər ola bilməz. Oğlum məni evdə yastıqla gözləyir. Kişi evdə maykada gəzmir. Bu nədir? Artıq belə olmasını istəmirəm” – deyə, R.Ayxan bildirib.
Röya şəxsi həyatında heç kimin olmadığını diqqətə çatdırsa da, ara-sıra başı sevgi flörtlərinə qarışdığını da etiraf edib:
“Zaman-zaman flört edirəm. 20 il öncə bu sualı o biri Röyaya versəydilər, tamam başqa cür cavab alardılar. İndiki kişilərə baxıb deyirəm ki, onlardan daha çox bilirəm və daha güclüyəm”.
DiasporPress.az