Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.
DiasporPress.az xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.
Təxirə salınmış oyunların nə zaman keçiriləcəyi hələ dəqiqləşməyib.
DiasporPress.az