Dünya

Virusa qarşı dözümlü olmaq üçün bunları etmək lazımdır

Virusa qarşı dözümlü olmaq üçün bunları etmək lazımdırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmmuniteti möhkəmləndirmək üçün steril mühitdən uzaq olmaq lazımdır, çünki immun sistemi mütəmadi olaraq bir sıra bakteriyalarla təmasda olmalıdır.

Lenta.ru-nun məlumatına görə, bunu məşhur rusiyalı həkim və teleaparıcı Yevgeni Komarovski bildirib.

Onun sözlərinə görə, bundan başqa, təmiz havada gəzmək, idmanla məşğul olmaq, zərərli qidalardan uzaq durmaq, şəkərin miqdarını azaltmaq, çəkiyə nəzarət etmək, özünü stresdən qorumaq və müsbət emosiyalar lazımdır.

“İmmun sistemini möhkəmləndirmək elə budur”, – deyə Y.Komarovski vurğulayıb.

O, həmçinin, koronavirusun profilaktikası üçün antibiotiklərdən istifadənin təhlükəli olduğunu qeyd edib. Onların profilaktik istifadəsinin xəstəlik zamanı bakterial fəsadların yaranma ehtimalını artırdığını deyən həkim heç bir səbəb olmadan bu cür dərmanların istifadəsindən çəkinməyə çağırıb.

 

DiasporPress.az