Daxili İşlər Nazirliyində daha bir təyinat olub.
DiasporPress.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Arzu Heydərov Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini təyin edilib.
O, bundan əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, bundan əvvəl Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini sabiq Daxili İşlər naziri Ramil Usubovun kiçik oğlu, polkovnik Raul Usubov idi. O, bir müdət əvvəl Qaradağ Rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilmişdi.
DiasporPress.az