Ölkə

Vəkillər Kollegiyasının Rəyasət heyəti videokonfrans şəkilində iclas keçirdi

Ölkəmizdə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti öz iş rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurub.

Vəkillər Kollegiyasının Rəyasət heyəti videokonfrans şəkilində iclas keçirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəmizdə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyasının Rəyasət Heyəti öz iş rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurub.

Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrinə uyğun olaraq, bu gün ilk dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin onlayn videoiclası keçirilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov tədbir iştirakçılarına Kollegiyanın cari, xüsusilə pandemiyaya qarşı mübarizə şəraitində vəkillərin fəaliyyəti barədə məlumat verib, bu dönəmdə insanların hüquq və azadlıqlarının müdafiəsi baxımından vəkillərin hərəkət sərbəstliyinin zəruriliyi nəzərə alınaraq, Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli qərarı ilə onların ölkə daxilində maneəsiz hərəkətinə şərait yaradılmasına görə Rəyasət Heyətinin üzvləri və vəkillər adından dövlətimizə öz təşəkkürünü bildirib, habelə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanına uyğun olaraq dövlət hesabına həyata keçirilən hüquqi yardıma görə Vəkillər Kollegiyasına ayrılmış vəsaitin vəkillərə ödənilməsi vəziyyəti barədə Rəyasət Heyətinin üzvlərini məlumatlandırıb.

Bundan başqa, iclasda fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri, səhhəti və sair səbəblərlə bağlı bir sıra vəkillərin fəaliyyətlərinə xitam verilməsi məsələlərinə baxılıb.

İclasda, həmçinin, vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərin növbətçilik siyahıları təsdiq olunub.

İclasın yekununda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlərə baxılıb.

 

DiasporPress.az