ÜST koronavirusla mübarizədə bu ölkələri nümunə göstərdi

ÜST koronavirusla mübarizədə bu ölkələri nümunə göstərdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Almaniya, Cənubi Koreya və Çinin koronavirusla mübarizədə yumşaldılma ilə bağlı hazırlıq tədbirlərini nümunə göstərib.

O, videokonfrans formatında keçirdiyi brifinqdə bu barədə danışıb.

Qebreyesus Almaniyanın, Cənubi Koreyanın və Çinin virusa təkrar yoluxma baş verərsə, vəziyyəti idarə edə biləcək mexanizmlərə sahib olduqlarını bildirib.

ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan da Almaniya və Cənubi Koreyanın yoluxmaları nəzarətdə saxlaya bilən sistemə sahib olduqlarını deyib. O, bunun ikinci və daha sonrakı dalğaların qarşısını almaq üçün açar olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bəzi ölkələr “gözləri bağlı formada” virusun öhdəsindən gələ biləcəklərini sanırlar.

 

DiasporPress.az