“Koronavirusa yoluxanlar 11 nəfər olduğu üçün hazırda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac yoxdur”.
APA xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət ÜST tərəfindən tam araşdırılır:
“İndiyədək Azərbaycanda koronavirusa yoluxan şəxslər xaricdən gələnlərdir. Əgər yoluxmanın qarşısı sərhəddə alına bilməzsə, daxildə yoluxma halı çox olarsa, artıq xəstəliyin yayılması birinci mərhələdən çıxacaq”.
H.Harmancı bildirib ki, xəstəliyin yayılması ikinci mərhələyə keçərsə, xəstəxanalar kifayət etməzsə, o zaman hökumət əlavə olaraq yataq yerləri açmağı, başqa qabaqlayıcı tədbirlər görməyi düşünəcək.
“Hazırda çox sayda yatağa ehtiyac yoxdur”, – deyə ÜST nümayəndəsi əlavə edib.
DiasporPress.az