Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa qarşı 70 fərqli peyvənd üzərində çalışıldığını qeyd edib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Sözügedən 70 peyvənddən artıq üçünün insanlar üzərində sınaqdan keçirilməsinə başlanılıb. ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” adlı şirkətlərinin hazırladığı peyvəndin testləri ilk mərhələdədir.
Çinin Pekin Texnologiya İnstitutu və Honkonqun “CanSino Biologics” şirkətinin birgə hazırladığı peyvəndin insanlar üzərindəki testlərində isə artıq ikinci mərhələyə başlanılıb.
DiasporPress.az